"Real" yay transfer pəncərəsi üçün prioritet hədəflərini dəyişib.

Matc.az xəbər verir ki, klub əvvəlcə hücumçu və sol cinah müdafiəçisinin mövqelərini gücləndirmək istəsə də, hazırda bu mövqelər arxa plana keçib. Bunun bir neçə səbəbi var: Naçonun "Los Blankos"u tərk etmək qərarı və oktyabr ayından əvvəl tam sağalması gözlənilən David Alabanın ciddi zədələnməsi. Həmçinin müdafiənin sol cinahda Ferland Mendinin son vaxtlarda uğurlu çıxış etməsi klub rəhbərliyinin fikrini dəyişib.

Hazırda "Real"ın prioriteti mərkəz müdafiəçisi ilə müqavilə imzalamaqdır, ona görə də "Bavariya"nın cinah oyunçusu Alfonso Deyvisin transferi təxirə salınıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest