Xulen Lopeteqi gələn mövsüm "Milan"ın baş məşqçisi olmağa əsas namizəddir.
 
Matc.az xəbər verir ki, danışıqlar zamanı o, İtaliya klubunun rəhbərliyində çox xoş təəssürat yaradıb. “Vest Hem” də Lopeteqini dəvət etmək istəyib, lakin mütəxəssisin “Milan”a üstünlük verdiyi bildirilir.
 
İspaniyalı çalışdırıcı daha öncə “Real”, “Rayo Valyekano”,  “Porto”, “Sevilya” və “Vulverhempton” kimi klublara rəhbərlik edib.
 
2023-cü ilin avqustundan 57 yaşlı mütəxəssis azad agent statusundadır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest