"Barselona"nın prezidenti Joan Laporta Xavini komandanın baş məşqçisi postunda qalmaq qərarına münasibət bildirib.
 
Matc.az xəbər verir ki, bu barədə funksioner "Mundo Deportivo" nəşrinə açıqlama verib:
 
“Bəzi dəyişikliklər olacaq və biz təkmilləşməliyik. Bu yaxşı xəbərdir və sabitlik uğurlu layihələrin qaydasıdır. Biz vəziyyəti təhlil edəndə məşqçimiz həmişə “Barselona” üçün ən yaxşısını düşünür. Bizim çox gənc oyunçulardan ibarət komandamız var və ona bu sabitlik lazımdır. Xavi gənclər üçün nümunədir və biz bunu hər gün görürük.
 
Direktorlar şurası Xavini saxlamaq qərarını dəstəkləyib. Superkubok və La Liqanın müstəsna dəyəri var, lakin hazırda bizim üçün çətin vaxtlardır. Bu il hədəflərimizə çata bilmədik, lakin bu, gələcəkdə daha faydalı olacaq bir layihənin başlanğıcıdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest