“Maynts” stadionu yaxınlığında hava bombası tapılıb. Matc.az xəbər verir ki, “Meva Arena”ya yaxın ərazidə İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq partlamamış bomba aşkar edilib.
 
Bombanın bu gün zərərsizləşdirilməsi planlaşdırılır. Bununla əlaqədar klub baş məşqçi Bo Henriksenin mətbuat konfransının vaxtını dəyişib. Ərazinin 4600-ə yaxın sakini müvəqqəti olaraq təxliyə ediləcək.
 
Qeyd edək ki, “Maynts” aprelin 28-də Bundesliqanın XXXI turu çərçivəsində “Meva Arena”da “Köln”ü qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest