Sabah Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək. Matc.az xəbər verir ki, tur üç günü əhatə edəcək.
 
Açılış oyunu “Bank Respublika Arena”da oynanılacaq. “Sabah” doğma meydanında “Səbail”i qəbul edəcək. İkincilər avrokuboklara vəsiqə şanslarını davam etdirmək üçün mütləq qalib gəlməlidi.
 
“Qəbələ” ilə “Kəpəz” birincilərin meydanında prinsipial görüşə çıxacaq. Gəncə təmsilçisi səfərdə uduzmasa, elitada qalmağı təmin edəcək. Bu isə “Qəbələ”nin Premyer Liqa ilə vidalaşması anlamına gələcək.
 
Avrokuboklara vəsiqə şansı azalan “Turan Tovuz” Bakıda “Neftçi”nin qonağı olacaq. Hər iki komandaya mütləq qalibiyyət lazımdı.
 
Medalçılar sırasında qərarlaşmağı hədəfləyən “Sumqayıt”ı çempion “Qarabağ” sınağı gözləyir. İkinci pillənin sahibi “Zirə” isə heç bir iddiası qalmayan “Araz-Naxçıvan”la qarşılaşacaq.
 
Premyer Liqa
XXII tur
27 aprel (şənbə)
 
18:00. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”
 
28 aprel (bazar)

15:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu
 
17:45. “Neftçi” – “Turan Tovuz”
“Neftçi Arena”
 
20:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 
29 aprel (bazar ertəsi)

19:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest