"Barselona"nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubunda qalmaq qərarını şərh edib.
 
Matc.az xəbər verir ki, bu barədə mütəxəssis "Mundo Deportivo"ya açıqlama verib:
 
“Bilirsiniz ki, mən “Barselona”nı çox sevirəm və bu klub üçün yalnız ən yaxşısını etməyə çalışıram. Ən əsası hamını bir anda düşünməkdir. Əvvəllər biz prezidentlə görüşmüşük və mən getmək istədiyimi demişdim, amma prezidentdən, idman blokundan və bütün idarə heyətindən böyük etimad alıram. Məni bu layihədə qalmağa inandıran futbolçuların mövqeyi çox önəmlidir. Yaxşı işləyirik və qələbələr gətirəcəyik. Bunu etmək üçün özümü kifayət qədər güclü hiss edirəm. Yanvarda mən getməyimin daha yaxşı olduğunu düşünürdüm, amma indi fikrimi dəyişdim”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest