İndiyədək yarımfinalda ən çox qol 1994-95 və 2008-09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub. Matc.az xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) 9, “Zirə”ylə “Qəbələ”nin duellərində (2:1, 2:0) 5 top qeydə alınıb.
 
Bu, turnirin tarixində mütləq rekorddu. İndiyədək yarımfinalda ən çox qol 1994-95 və 2008-09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.
 
“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldı. 2021-22 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest