Fransa Liqa 1-nin XXIX turundan təxirə salınmış oyununda “Loryen”lə qarşılaşan PSJ yeni rekord müəyyənləşdirib. Matc.az xəbər verir ki, Paris təmsilçisi səfərdə 4:1 hesablı qələbə qazanaraq bunu reallaşdırıb.
 
Komanda bununla Liqa 1-in ardıcıl 22 səfər matçında məğlubiyyət üzü görməyib. PSJ axırıncı dəfə səfərdə 2023-cü il fevralın 11-də 2022-23 mövsümünün XXIII turunda “Monako”ya (1:3) uduzub. Əvvəlki rekord isə 2005-ci ilin martından 2006-cı ilin aprelinə kimi uduzmayan “Lion”a məxsus idi.
 
Qeyd edək ki, PSJ 30 turdan sonra 69 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest