Daha əvvəl “Real Sosyedad”ın yarımmüdafiəçini icarə götürmək üçün qarşı tərəflə danışıq aparacağı barədə məlumatlar yayılmışdı.

“Real”ın yarımmüdafiəçisi Arda Gülər İspaniya klubundan ayrılmaq istəmir. Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
 
Türkiyə millisinin üzvü Madrid təmsilçisində qalmağı düşünür. Gənc oyunçu növbəti mövsüm də “kral klubu”nda əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədi.
 
Daha əvvəl “Real Sosyedad”ın yarımmüdafiəçini icarə götürmək üçün qarşı tərəflə danışıq aparacağı barədə məlumatlar yayılmışdı.
 
Qeyd edək ki, 19 yaşlı Arda Gülər ötən yay 20 milyon avro qarşılığında “Fənərbaxça”dan “Real”a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest