“Yurqorden”in şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı böyük ehtimalla mövsümün sonunda komandasını dəyişəcək. Matc.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, Stokholm təmsilçisində əsas heyətə düşə bilməyən 22 yaşlı oyunçu yayda kollektivi tərk edəcək. Hətta “Yurqorden”in idman direktoru Bosse Andersson bu ayrılığın baş verəcəyini təkzib etməyib: “Musa Qurbanlının durumu yayda müzakirə edəcəyimiz məsələdi. Heç nəyi istisna etmirəm”.
 
Qeyd edək ki, Musa Qurbanlı 2026-cı ilin yayına qədər müqavilə ilə “Yurqorden”ə məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest