Bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, “Qəbəl” ilə “Zirə” arasında birincilərin meydanında baş tutacaq görüşü Tural Qurbanov idarə edəcək.
Əzəli rəqiblər “Qarabağ”la “Neftçi”nin duelində isə Əliyar Ağayev fit çalacaq.
 
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
24 aprel
 
17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inskeptor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu
 
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
VAR: Kamal Umudlu
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest