“Bavariya” Avstriya yığmasının baş məşqçisi Ralf Ranqniklə danışıqları bərpa edib.
 
Matc.az xəbər verir ki, münhenlilərin digər namizədi Yulian Nagelsmann Almaniya millisi ilə müqaviləsini uzatdıqdan sonra 65 yaşlı Ranqniklə danışıqlar son günlərdə yenidən bərpa olunub. "Bavariya" Ranqniklə danışıqlara nikbin yanaşır, baxmayaraq ki, klub 2026-cı il dünya çempionatına qədər Avstriya millisi ilə müqavilə bağladığı məşqçiyə görə təzminat ödəməli olacaq.
 
2021-ci ildə Ranqnik "Lokomotiv"in idman və inkişaf şöbəsinin rəhbəri olub. Alman mütəxəssis 2021-ci ilin dekabrından 2022-ci ilin may ayına kimi “Mançester Yunayted”in baş məşqçi əvəzi vəzifəsində çalışıb. 2022-ci ilin yayından isə Avstriya millisinə rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest