“Bavariya”nın baş məşqçisi Tomas Tuxel yəqin ki, işsiz qalmayacaq. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis növbəti mövsüm başqa komandada çalışa bilər.
 
Bundesliqa təmsilçisindən yayda ayrılacaq 50 yaşlı çalışdırıcının yenidən İngiltərədə işləmək variantı yaranıb. Konkret olaraq “Mançester Yunayted” Tuxeli növbəti mövsüm üçün yeni baş məşqçisi kimi postunda görür. Mütəxəssis özü də “qırmızı şeytanlar”a rəhbərlik etməyin əleyhinə deyil.
 
Qeyd edək ki, Tomas Tuxel 2021-2022 mövsümündə İngiltərədə “Çelsi”yə başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest