“Brayton”un baş məşqçisi Roberto De Zerbi böyük ehtimalla mövsümün sonunda komandadan ayrılacaq. Matc.az xəbər verir ki, buna səbəb italiyalı mütəxəssisin bir neçə cəlbedici təklif almasıdı.
 
Konkret olaraq yayda baş məşqçisiz qalacaq “Liverpul”, “Barselona” və “Bavariya” 44 yaşlı çalışdırıcı uğrunda mübarizə aparırlar. De Zerbi bu təkliflərdən birini qəbul etməyi düşünür.
 
“Brayton” rəhbərliyi isə vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb. İngiltərə klubunun bu posta əsas namizədi Premyer Liqanın digər təmsilçisi “Bernli”yə rəhbərlik edən Vensan Kompanidi. “Bernli”nin mövsümün sonunda elitanı tərk etmək ehtimalı yüksək olduğundan, belçikalı mütəxəssis keçidə müsbət yanaşır.
 
Qeyd edək ki, “Bernli” hazırda 23 xalla 19-cu pillədə qərarlaşıb. Aktivində 44 xal olan “Brayton” isə 10-cu sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest