“Mançester Siti” yarımmüdafiəçi Cek Qrilişdən narazıdı. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçunun çıxışı məşqçilər korpusunun ürəyincə deyil.
 
Bu üzdən Premyer Liqa təmsilçisi mövsümün sonunda İngiltərə millisinin üzvünün satılmasını nəzərdən keçirəcək. “Şəhərlilər” Qrilişlə bağlı təklifləri dəyərləndirməyə hazırdı. Hücumameyilli oyunçu cari mövsüm 30 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə verib.
 
Qeyd edək ki, Cek Qriliş 2021-ci ilin yayında “Aston Villa”dan 117,5 milyon avroya alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest