“Mançester Siti” 2024-cü il İngiltərə Kubokunun ilk finalçısı oldu.
 
Matc.az xəbər verir ki, turnirin yarımfinal mərhələsində kubokun hazırkı sahibi “şəhərlilər” “Çelsi” ilə qarşılaşıb.
 
“Uembli”də keçirilən görüş 1:0 hesabı ilə Pep Qvardiolanın komandasının xeyrinə başa çatıb. Qarşılaşmada yeganə qolu oyunun 84-cü dəqiqəsində “Siti”nin cinah oyunçusu Bernardo Silva vurub.
 
İngiltərə kubokunun finalında “Mançester Siti” “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest