"Borussiya" (Dortmund) Çempionlar Liqasının yarımfinalına yüksəldiyi üçün "Mançester Yunayted"ə 4 milyon avro ödəyəcək.
 
Matc.az xəbər verir ki, buna səbəb isə Ceydon Sançonun icarə müqaviləsindəki bənd olub. "Arılar" ingilisin 6 aylıq icarəsi üçün 3,5 milyon avro ödəyib, lakin müqavilədə Almaniya komandası Çempionlar Liqasının yarımfinalına çıxacağı təqdirdə "Borussiya"nın daha 4 milyon avro ödəməsini tələb edən şərt yer alıb.
 
Qeyd edək ki, "sarılar" ÇL-də həlledici qarşılaşmaya vəsiqə qazanmaq üçün PSJ ilə mübarizə aparacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest