“Yuventus”un müdafiəçisi Danilo gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü növbəti mövsümü də Turin klubunda keçirməyi planlaşdırır.

32 yaşlı arxa xətt oyunçusu yayda heç bir komandanın təklifini dəyərləndirməyəcək. Danilonun turinlilərlə müqaviləsi gələn ilin yayına qədərdi. Lakin bunu daha bir il müddətinə uzadılma bəndi var. Oyunçu növbəti mövsüm matçların ən azı 50%-də iştirak etsə, 1 illik yeni sözləşmə aktivləşdiriləcək.

Qeyd edək ki, Danilo bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 1 qol, 3 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest