Almaniyanın 3 klubu son 29 ildə ilk dəfə avrokubokların yarımfinalına yüksəlib. Matc.az xəbər verir ki, “Bavariya” və “Borussiya” (Dortmund) Çempionlar Liqasının, “Bayer” isə Avropa Liqasının həlledici oyununa vəsiqə uğrunda mübarizə aparacaq.

Sonuncu dəfə belə nailiyyət 1994-95 mövsümündə olub. Həmin vaxt da bu klublar avrokubokların yarımfinalına qədər irəliləyib.

Qeyd edək ki, yarımfinalda “Bavariya” “Real”la, “Borussiya” PSJ ilə, “Bayer” isə “Roma” ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest