"Barselona"nın müdafiəçisi Ronald Arauxo "Real"la səfər matçı öncəsi fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, uruqvaylı futbolçu çempion olmaq şanslarını dəyərləndirib:
 
“Bizim riyazi olaraq çempion olmaq üçün şansımız var və biz sona qədər mübarizə aparmalıyıq. Bazar günü qalib gəlsək, fərqi aradan qaldırıb La Liqada qələbə üçün mübarizə aparacağıq. Biz mentalitetimizi dəyişməliyik. La Liqada şansımız var və bazar günü əlimizdən gələni edəcəyik”.
 
Hazırda "Barselona" lider "Real"dan 8 xal (70-78) geri qalır.
 
Xatırladaq ki, "Real" - "Barselona" matçı aprelin 21-i saat 23:00-da başlayacaq.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest