"Barselona"nın heyəti yay "transfer pəncərəsi"ndə dəyişə bilər.
 
Matc.az xəbər verir ki, Kataloniya klubunun ulduz yarımmüdafiəçisi İlkay Gündoğan klubdan onu mövsümlərarası fasilədə buraxmağı xahiş edib. 33 yaşlı almaniyalının İngiltərə və Səudiyyə Ərəbistanında seçimləri var.
 
İlkay Gündoğan "Mançester Siti"də 7 mövsüm keçirdikdən sonra ötən yay azad agent kimi "Barselona"ya gəlib. Yarımmüdafiəçinin hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Nüfuzlu "Transfermarkt" portalının mütəxəssisləri onu 16 milyon avro məbləğində qiymətləndirirlər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest