Buna qədər rekord 2003-04 mövsümünə məxsus olub. Həmin vaxt yarımfinal yolunda baş tutan oyunlarda komandalar ümumilikdə 30 dəfə fərqlənmişdilər.

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində yeni qol rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, bu, raundun cavab oyunları çərçivəsində keçirilən görüşlərdə vurulan toplardan sonra baş verib.

Dünən “Bavariya” – “Arsenal” (1:0) matçında 1, “Mançester Siti” – “Real” qarşılaşmasında (1:1) isə 2 qol qeydə alınıb. Bununla 1/4 finalda ümumi qol sayı 32-yə çatıb. Buna qədər rekord 2003-04 mövsümünə məxsus olub. Həmin vaxt yarımfinal yolunda baş tutan oyunlarda komandalar ümumilikdə 30 dəfə fərqlənmişdilər.

Qeyd edək ki, yarımfinal mərhələsində PSJ Dortmund “Borussiya”sı ilə, “Bavariya” isə “Real”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest