"Bavariya"nın sabiq qapıçısı və İdarə Heyətinin keçmiş sədri Oliver Kan Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" - "Arsenal" matçı öncəsi fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, o, münhenlilərin baş məşqçisi haqda danışıb:
 
“Mən həmişə Tomas Tuxeli PSJ və "Çelsi"də olduğu müddətdə peşəkar nöqteyi-nəzərdən böyük irəliləyiş əldə edən, hər kəsə açıq və ünsiyyətçil biri kimi qəbul etmişəm. Onun beynəlxalq təcrübəsi Çempionlar Liqasında "Bavariya"ya kömək edə bilər. Bu oyuna baxacam? Əlbəttə. Mən hələ də “Bavariya” azarkeşiyəm, bəzən matçlara baxıram”.
 
Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” – “Arsenal” cavab oyunu bu gün, aprelin 17-də Almaniyanın Münhen şəhərində keçiriləcək. Qarşılaşma "Bavariya"nın doğma stadionu "Alyans Arena"da keçiriləcək. Baş hakim funksiyasını Denni Makkeli icra edəcək. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest