“Betis”in hücumçusu Abdessamad Ezzazuli karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 22 yaşlı ön xətt oyunçusu “Milan”ın maraq dairəsinə düşüb.

“Rossonyerlər” Mərakeş millisinin üzvünü yayda transfer etməyi planlaşdırır. Keçid baş verərsə, Ezzazuli karyerasında ilk dəfə İspaniyadan kənarda çıxış edəcək. Hazırda klublar arasında danışıqlar gedir.

Qeyd edə ki, Abdessamad Ezzazuli bu mövsüm “Betis”in heyətində 32 oyunda 5 qol vurub. O, hazırkı komandasına ötən il “Barselona”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest