Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland klubu “Eyndhoven”lə müqaviləsini yeniləyib.

Əslində yığma üzvünün birinci divizion komandası ilə sözləşməsi cari mövsümün sonuna qədər idi. Lakin müddətin daha bir il uzadılması bəndi də var idi. Bunu aktivləşdirən “Eyndhoven” 2025-ci ilin yayına qədər Ozan Cana məxsus olub.

Qeyd edək ki, Ozan Can Kökçü cari mövsüm ölkə çempionatında 11 qol, 3 assistlə yadda qalıb. “Eyndhoven” isə 34 turdan sonra 38 xalla 20 komanda arasında 15-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest