16 Aprel 2024, 17:26
FUTBOL
AFFA UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində futzal turniri keçirir. Matc.az xəbər verir ki, milli assosiasiyanın təşəbbüsü və dəstəyi ilə baş tutan yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.
Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən turnir universitetin fakültələri arasında oynanılır. Yarışda 8 komanda qüvvəsini sınayır.
Qeyd edək ki, qarşılaşmalar Azərbaycan Texniki Universitetinin idman zalında keçirilir.