Moskva "Lokomotiv"nin müdafiəçisi Jerzino Nyamsi ümumi qrupla məşqlərə qayıdıb.
 
Matc.az xəbər verir ki, futbolçunun qarşıdakı turlarda oynamağa hazır olacağı gözlənilir.
 
Xatırladaq ki, fransalıya budun adduktor əzələsinin zədələnməsi diaqnozu qoyulmuşdu.
 
Nyamsi 2024-cü ilin fevralında "Strasburq"dan "Lokomotiv"ə keçib. Onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Mərkəz müdafiəçisi “dəmiryolçular”ın heyətində 3 oyun keçirib və 2 sarı vərəqə alıb. "Transfermarkt" portalı 27 yaşlı oyunçuya 5 milyon avro qiymət qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest