“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala yay “transfer pəncərəsi”ndə klubunu dəyişə bilər. Matc.az xəbər verir ki, Avropanın bir neçə Top-klubu onun xidmətində maraqlıdı.
 
Xüsusən də, “Mançester Siti” bu mübarizənin favoriti hesab edilir. Almaniya millisinin üzvü özü də yenidən Premyer Liqada oynamaq arzusundadı. Bu mənada 21 yaşlı vingerin “şəhərlilər”ə keçmək şansı yüksək qiymətləndirilir.
 
Qeyd edək ki, Camal Musiala İngiltərədə “Sauthempton” və “Çelsi”nin formasını geyinib. O, 2019-cu ildən “Bavariya”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest