Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, ilk görüşlər çərçivəsində İspaniyanın iki təmsilçisi meydana çıxıb.
Onlardan “Barselona” Fransada PSJ-nin qonağı olub. Kataloniya təmsilçisi minimalhesablı qələbə qazanaraq, üstünlük əldə edib.
“Atletiko” isə doğma arenasında Dortmund “Borussiya”sını sınağa çəkib. Həmin qarşılaşmada da İspaniya təmsilçisi rəqibini minimal fərqlə üstələyib.
Bu cütlərdə cavab matçları aprelin 16-da təşkil ediləcək.
Qeyd edək ki, mərhələnin dünənki oyunlarında “Real”la “Mançester Siti” (3:3), “Arsenal”la isə “Bavariya” (2:2) heç-heçə edib.
Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
10 aprel
23:00. “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:1
Qollar: Rodriqo de Paul, 5, Samuel Lino, 32 - Sebastien Alle, 81
Baş hakim: Marko Quida (İtaliya)
Madrid, “Metropolitano” stadionu
23:00. PSJ (Fransa) – “Barselona” (İspaniya) - 2:3
Qollar: Usman Dembele, 48, Vitinya, 51 - Rafinya, 37, 62, Andreas Kristensen, 77
Baş hakim: Entoni Teylor (İngiltərə)
Paris, “Park De Prens” stadionu