28 Dekabr 2023, 14:13
FUTBOL
“Mançester Siti” “River Pleyt”in 17 yaşlı yarımmüdafiəçisi Klaudio Eçeverri ilə razılaşıb. Matc.az xəbər verir ki, “şəhərlilər” argentinalıya qarşılıq 25 milyon avro ödəməyə hazırdı.
Premyer Liqa klubu gənc oyunçu uğrunda mübarizədə “Barselona”nı üstələyib. Müqavilədən sonra yarımmüdafiəçi icarə əsasında daha bir il “River Pleyt”də qalacaq. Onun ingilislərlə müqaviləsi 5 illik olacaq.
Eçeverri “River Pleyt”in yetirməsidir və akademiyadan əsas komandaya qədər yüksəlib. Onun klubla müqaviləsi 2024-cü ilin dekabrına qədərdi.