AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları ilə əlaqədar qərarlarını açıqlayıb. Matc.az xəbər verir ki, “Kəpəz”in azarkeşləri tərəfindən “Sabah”la oyunda hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə, “Kəpəz” 500 manat cərimə olunub.

“Kəpəz” – “Sabah” və “Zirə” – “Turan Tovuz” matçlarında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə alıb. Bu, həm “Kəpəz”i, həm də “Zirə”ni 700 manat ziyana salıb. Eyni zamanda, “Zirə” ilə qarşılaşmanın 10-cu dəqiqəsində “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsi tovuzluların 1500 manat cərimə ödəməsinə səbəb olub.

“İrəvan” – “Araz-Naxçıvan” görüşünə yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəlib. Bu üzdən birincilər 100 manat cərimələnib.

“Neftçi” – “Qaradağ Lökbatan” oyununda isə qonaq komandanın paltardəyişmə otağına dəymiş zərərin ikincilər tərəfindən ödənilməsi qərara alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest