21 Dekabr 2023, 11:29
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı qısa çəkəcək. Matc.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik onu saxlamaqda maraqlı deyil.
Baş məşqçi Sergey Yakiroviç ümidlərini doğrultmayan bir neçə oyunçu ilə vidalaşmaq qərarına gəlib. Onun heyətdə düşünmədiyi adlar arasında Emreli də var. Bu üzdən xorvatlar qış fasiləsində 26 yaşlı forvardı transferə çıxarmağı planlaşdırır.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilə qədərdi. O, Zaqreb təmsilçisinə ötən ilin fevralında “Legiya”dan keçib.