“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizov sağalıb. Bu barədə klubun mətbuat xidməti paylaşım edib. Bildirilib ki, AFFA U-15 Liqasının XV turu çərçivəsində “Ulduz Mingəçevir”ə qarşı keçirilən görüşdə zədələnən “ağ-qaralar”ın oyunçusu Liv Bona Dea Hospitalda müalicəsini başa vurub.
“Neftçi”nin U-15 komandasının qapıçısı Nurəziz Əzizov sağalıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti paylaşım edib.
Bildirilib ki, AFFA U-15 Liqasının XV turu çərçivəsində “Ulduz Mingəçevir”ə qarşı keçirilən görüşdə zədələnən “ağ-qaralar”ın oyunçusu Liv Bona Dea Hospitalda müalicəsini başa vurub. Gənc qolkiper artıq evə buraxılıb.
Qeyd edək ki, Nurəziz Əzizov “Ulduz Mingəçevir”lə qarşılaşmanın 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan xəsarət alıb və dalağı partlayıb. Qapıçı Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyat edilib.