İspaniya La Liqasının XVIII turu “Atletiko”nun hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub. Matc.az xəbər verir ki, fransalı forvard “Xetafe” ilə görüşdə (3:3) dubl etməklə tarixə düşüb.

32 yaşlı oyunçu madridlilərin heyətində ümumi qol sayını 173-ə çatdırıb. Bununla o, klub tarixinin bombardiri Luis Araqonesə çatıb. Qrizmann daha bir qol vuracağı təqdirdə, “Atletiko”nun ən məhsuldar oyunçusu ünvanını ələ keçirəcək.

Qeyd edək ki, “Atletiko” hazırda 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest