18 Dekabr 2023, 21:19
FUTBOL
“Bavariya”nın hücumçusu Tomas Müller Münhen klubu ilə yeni müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. 34 yaşlı futbolçu 2025-ci ilin yayına kimi "Bavariya"da qalacaq. Müllerin Almaniya çempionu ilə hazırkı müqaviləsi 2023-2024 mövsümünün sonunda başa çatır.
Qeyd edək ki, bu mövsüm Tomas 18 matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.