Çox parlaq oyun gördük. Sona qədər qalibin kim olacağı məlum deyildi. Əlbəttə ki, belə matçlar azarkeşlərin çox xoşuna gəlir. Amma məşqçilər belə oyunları sevmir.

“Sona qədər qalibin kim olacağı məlum deyildi”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Kəpəz”lə (3:4) oyunundan sonra mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayev deyib: “Çox parlaq oyun gördük. Sona qədər qalibin kim olacağı məlum deyildi. Əlbəttə ki, belə matçlar azarkeşlərin çox xoşuna gəlir. Amma məşqçilər belə oyunları sevmir. Vacib olan qələbə idi. Çox şadam ki, qalib gəldik”.

Çalışdırıcı “Qarabağ”ın Aleksey İsayevlə maraqlanması haqda deyilənlərə də münasibət bildirib: “Bunlar şayiələrdir. Şayiələrə şərh vermək istəmirəm. Kluba heç bir təklif gəlməyib. Təklif olsa, müzakirə edə bilərik. Mən məşqçi olaraq onun getməsini istəmərəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest