17 Dekabr 2023, 22:36
FUTBOL
“Əl-Nəsr” və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo tarixdə “Google”da ən çox axtarılan idmançıdır.
Matc.az xəbər verir ki, bu barədə şirkət “YouTube” kanalında yayımladığı videoda məlumat verib. Daha əvvəl məlum olmuşdu ki, “İnter”in hücumçusu Lionel Messi 2023-cü ildə “Google” sorğularına görə ən yaxşı 10 idmançı sırasına daxil edilməyib.
Qeyd edək ki, Ronaldo üçqat İngiltərə çempionu, ikiqat İspaniya və İtaliya çempionu, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibi, beşqat "Qızıl top"un qalibidir.