"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Halandın durumundan danışıb.
Matc.az xəbər verir ki, çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: “Bu gün həkimlər Erlinqin özünü necə hiss etdiyini görəcəklər. Ümid edirəm ki, Premyer Liqada "Kristal Pelas" ilə oyundan sonra Səudiyyə Ərəbistanına gedə bilər. Düşünürəm ki, o bizimlə gələcək. Görək, o, bizim açılış matçımızda, yoxsa ikinci matçda və ya İngiltərəyə qayıdanda iştirak edə biləcəkmi. Ola bilsin ki, məni sürpriz gözləyir və onlar mənə yeni nəsə deyəcəklər, amma mən belə düşünmürəm. Məncə oynaya bilməyəcək".
Qeyd edək ki, Səudiyyə Ərəbistanında Klublararası Dünya Çempionatı keçirilir. Turnirin yarımfinalında “Mançester Siti” meksikalı “Leon”la yaponiyalı “Urava”nın qalibi ilə qarşılaşacaq.