"Bizi üzən yeganə məsələ oyunun nəticəsini öncədən təxmin edə bilməməyimizdir. Məncə, çox yaxşı oynadıq və matça nəzarət edirdik".

"Nyukasl"ın baş məşqçisi Eddi Hou İngiltərə Premyer Liqasının XIV turunun "Mançester Yunayted" ilə görüşünü (1:0) şərh edib. Matc.az xəbər verir ki, o, qələbə qazanmaqlarına baxmayaraq, üzgündür:
 
"Bizi üzən yeganə məsələ oyunun nəticəsini öncədən təxmin edə bilməməyimizdir. Məncə, çox yaxşı oynadıq və matça nəzarət edirdik. Nik Popenin zədəsi və əsas vaxta əlavə edilən zamanın çox olması məyusedicidir. Müdafiədə əla oynadığımızı deyə bilərəm".
 
"Sağsağanlar" bu qələbədən sonra 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 24 xalla yeddincidir. Əgər "Tottenhem" bu gün "Mançester Siti"ni məğlub etsə, onlar "Nyukasl"ı qabaqlayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest