Həm hücum da, həm müdafiə də əla idik. Axsayan mövqelər var. Qışda transferlər etməyə çalışacağıq. Tapa bilməsək, yenə yolumuza davam edəcəyik.

“Epizodlar çox oldu. Yararalana bilmədik. Bu da futbolun gözəlliyidir”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Səbail”lə 1:1 hesablı heç-heçə edən “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Gərgin oyun keçdi. İki hissədə də dominant oynamağa çalışdıq. Qol epizodlarını reallaşdıra bilməyəndə qolu qapıda gördük. Əfsuslar olsun ki, qələbəni əldən verdik”.

 - Bu gün futbolçularınız necə çıxış elədi?

 - Müdafiə bu gen çox yaxşı oynadı. Əksinə hücum da idi problemlər. Epizodlar çox yaradırıq, amma nəticə olmur. Özümdə müdafiəçi olmuşam deyə bu gün müdafiədə səhvlər görmədim. Bəxtsiz qollar olur futbolda. Keçən oyun sonuncu dəqiqədə qol vurduq, bu gün sonuncu dəqiqədə qol buraxdıq. Bu halı həzm etməliyik. Önə baxmalıyıq. Amma qollar üzərində çox işləməliyik. Epizodlar çox oldu. Yararalana bilmədik. Bu da futbolun gözəlliyidir.

 - Son iki turda Avroliqada oynayan komandalardan 2 xal ala bilmisiniz...

 - Biz o barədə düşünmürük. Biz hər oyuna köklənirik. “Neftçi” ilə çox yükəsək səviyyəli futbol oynadı komandam. Avroliqada mübarizə aparan heç bir komandadan pis futbol oynamadılar.  Həm hücum da, həm müdafiə də əla idik. Axsayan mövqelər var. Qışda transferlər etməyə çalışacağıq. Tapa bilməsək, yenə yolumuza davam edəcəyik.

 - Axsayan mövqe dediyiniz hansılardır?

 - Orxa xəttə futbolçu lazımdır. “10 nömrə”, “8 nömrə” mövqelərinə futbolçu lazımdır. Daha çox ön xətti topla təmin edən onlardır.  Belə bir futbolçu axtaracağıq. İstəyərdim ki, yerli futbolçu olsun.  Həmdə rotasiya edə bilək. Bu gün heç kim öz yaxşı yerli futbolçusunu bizə verməz.

 - Orxan sanki çətin vəziyyətlərdə daha rahat qol vurur. Amma asan vəziyyətlərdə çətinlik çəkir...

 - Orxanın öz aləmi var.  Bu gün o qolları qaçırmamalı idi. Amma qaçırdı. Komandanı pis duruma qoydu. Keçən oyun Orxan qazanmışdı.  Futbolçunun üstünə düşmək bizlik deyil. Sadəcə, biz bu gün nə lazımdırsa futbolçudan onu tələb edirik. Orxan bu gün onu edə bilmir. Amma sabah edə biləcək.

 - Hər iki oyunda çatışmayan nə oldu?

 - Birinci oyunda da 3-4 qol epizodları var idi. Amma reallaşdıra bilmədik. Bu gün əlimizdə olan material budursa, mən kimdəsə səhv axtarmaram. Əlimizdə olan materialın daha yaxşısını etməyə çalışırıq. Bu gün çox yaxşı oynadıq, amma 2 xal itirdik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest