Türkiyənin 1-ci liqasında 14-cü turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" “Kocaelispor”un qonağı olub. Futbolçu 3:0 hesabıyla qalib gəldikləri duelə start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, 28-ci dəqiqədə fərqlənməklə “Ümraniyəspor”da ikinci qolunu vurub.

Qeyd edək ki, “Ümraniyəspor” hazırda 15 xalla 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest