Rusiya millisinin və “Neftçi”nin sabiq baş məşqçisi Hacı Hacıyev həmyerlisi Stanislav Çerçesovun Azərbaycan millisini çalışdırmaq ehtimalını dəyərləndirib. Matc.az xəbər verir ki, 78 yaşlı mütəxəssis həmkarının ölkəmizdə uğurlu çıxış edə biləcəyini düşünür. O, “Legalbet”ə açıqlamasında Azərbaycan çempionatının da inkişafda olduğunu deyib:
 
“Bütün postsovet ölkələrində futbol inkişaf edir - haradasa sürətli, haradasa ləng. Qazaxıstan Avropa çempionatının seçmə mərhələsində yaxşı çıxış etdi, Özbəkistanda çoxlu istedadlı gənclər var, Gürcüstan Xviça Kvaratsxeliyaya sahibdir. Azərbaycanda isə belə parlaq ulduzlar, nailiyyətlər yoxdur. Orada kifayət qədər ciddi futbol oynayırlar və bu idman növünə çoxlu pul qoyurlar. Onların çempionatı əvvəlkindən də ciddiləşib. Rusiyalı mütəxəssisimiz Murad Musayev hazırda orada işləyir. Azərbaycan yaxşı səviyyədədir. Nəticə əldə etmək niyyəti ilə ora gedə bilərsiniz. Çerçesov isə bu yaxınlarda dedi ki, qoşulacağı komandada ambisiya və məqsədlər onun üçün önəmlidir. Azərbaycan millisinin ambisiyaları var”.
 
Hacı Hacıyevin fikrincə, Çerçesov Rusiyada da yüksək səviyyədə çalışa bilər: “Bu mövzuda danışmaq olar, amma əsas odur ki, Çerçesov ora getsin. Bəlkə də, maraqlanmır. Amma maraqlanırsa, deməli, orada yaxşı nəticələr əldə edə bilər. Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər, bunun üçün ilkin şərtlər var. Əgər ilkin şərtlər yoxdursa, heç bir məşqçi heç nə etməyəcək. Sistem qurulmalı, daxili çempionatın az-çox normal keçməsi, yaxşı oyunçu qrupunun hazır olması lazımdır. Azərbaycanda bu istiqamətdə irəliləyiş var. Demirəm ki, qonşu komandalar səviyyəsindədir. Elə Rusiya çempionatında da belə mütəxəssislərə ehtiyacımız var. Hesab edirəm ki, Çerçesov yaxşı mütəxəssisdir, rusiyalıdır, bizim liqamıza lazımdır”.
 
Xatırladaq ki, Canni de Byazi ilə yeni müqavilə bağlamayan AFFA Azərbaycan millisinə yeni baş məşqçi axtarışındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest