Səudiyyə Ərəbistanı növbəti beş il ərzində Asiya Çempionlar Liqasının final mərhələsinin keçirildiyi məkana çevrilib.

Matc.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının (AFK) mətbuat xidməti məlumat yayıb.  Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) 2024-2025 və 2025-2026 mövsümlərində turnirin final mərhələsini təşkil etmək hüququ əldə edib. Hər şey yaxşı olarsa, müqavilə avtomatik olaraq daha üç mövsüm qüvvəyə minəcək. Final mərhələsi 1/4 final, bir matçdan ibarət yarımfinal və finaldan ibarətdir. Növbəti mövsüm Asiya Çempionlar Liqasının final mərhələsi 2025-ci il aprelin 25-dən mayın 4-dək keçiriləcək. Mükafat fondu rekord 12 milyon dollar olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest