Mali millisi İndoneziyada keçirilən 17 yaşa qədər gənclər arasında futbol üzrə dünya çempionatında bürünc medal qazanıb.

Matc.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Afrika yığması Argentina yığmasını 3:0 hesabı ilə məğlub edib. Qaliblərdən İbrahim Diarra, Mamadu Dumbiya və Həmidu Makalu hərəyə bir qol vurub. Mali millisi tarixində ikinci dəfə gənclər arasında dünya çempionatında medallar qazanıb. Əvvəllər malililər 2015-ci il turnirində ikinci olub. 2017-ci il turnirində dördüncü yerin sahibi olub.

Qeyd edək ki, gənclər arasında dünya çempionatının finalında Fransa və Almaniya komandaları qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest