“Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsində "Servette" ilə oyunda (1:1) futbolçularından narazı qalıb.

Matc.az xəbər verir ki, onları tənqid edərkən o, çoxdankı rəqibi, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı xatırlayıb: “Qarşıda növbəti pley-off matçlarımız var. Çempionlar Liqasından kənarlaşdırılacaq komandaya qarşı çətin olacaq. Bunlar daha iki avrokubok matçıdır. Pley-offa çıxmaqla bağlı dram yaratmaq istəmirəm. Hər hansı bir yerdə dram varsa, bu, oyunçuların və ikinci hissədə əvəzedici kimi meydana çıxanlara qarşı çox yanlış münasibədir. Düzünü desəm, mən bunu başa düşmürəm. Mən Çempionlar Liqasında məşqçi kimi 150 oyun keçirmişəm. Burada daha çətin olur. Amma belə görünür ki, avrokuboklarda yaxşı tarixə malik olmayan, bu oyunlarda minimal səylə oynayan insanlar var. 90 dəqiqə ərzində hər şeyi verənlər də var, yarışda sanki burnunu dirəyənlər də. Qvardiola bu halda belə edərdi: kimdənsə razı deyilsə, o zaman onunla vidalaşır, onu çölə atıb başqasını seçir. Mən burada bunu edə bilmərəm. Mən yalnız bu qrup oyunçulardan ən yaxşısını əldə etmək üçün onları məşqdə hər gün çox çalışmağa davam edə bilərəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest