"Real”ın baş məşqçisi Karlo Ançelotti ilə Braziliya millisi arasında anlaşma ilə bağlı yeni təfərrüatlar məlum olub.

Matc.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası faktiki olaraq italiyalı mütəxəssisin transferi üçün hüquqi təminat alıb. Braziliyanın çoxdankı marağı dəyişməz olaraq qalır və CBF prezidenti Ednaldo Rodriguez bir neçə dəfə Ançelottiyə heyranlığından danışıb. Üstəlik, o, italiyalının yayda Braziliya komandasına rəhbərlik etməli olduğunu təsdiqləyib və hətta müvəqqəti məşqçi Fernando Dinizi təyin edib.

Bununla belə, mövcud yazılı müqavilənin məcburi olmadığı qeyd edilir. İspaniya mətbuatının artıq yazdığı kimi, Ançelottinin "Real"la anlaşacağı təqdirdə "sükanı arxası"nda qalmaq hüququ var.

Yanvar ayı yaxınlaşdıqca (müqaviləsinin son altı ayında) Ançelotti digər işəgötürənlərlə danışıqlar aparmaqda sərbəst olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest