"Sevilya"nın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında PSV-yə məğlubiyyəti (2:3) və komandasının turniri tərk etməsini şərh edib.
Matc.az xəbər verir ki, 37 yaşlı ispaniyalı bu görüşdə qol vursa da, karyerasında ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: "Çempionlar Liqası xüsusi turnirdir. Burada xırda detallar önəmlidir. Biz üstünlük təşkil etdik və liderliyi ələ keçirdik. Lakin sonra on nəfərə düşdük və bu, bizi öldürdü. İndi nəsə demək çətindir.n yaxşısı nəticə əldə etmək olardı. Amma bizdə yoxdur. Onların qəzəbini başa düşürəm. İrəliyə baxmaq və növbəti matç haqqında düşünmək lazımdır. Son vaxtlar çox itiririk".