"Sevilya" Çempionlar Liqasının qrup mərhələsində PSV ilə oyun üçün heyətini təqdim edib.

Matc.az xəbər verir ki, İspaniya klubunun start heyəti belədir: Dmitroviç, Navas, Ramos, Qudel, Acuna, Rakitiç, Fernando, Sou, Okampos, Lukebakio, En-Nesiri. Bu, Çempionlar Liqası tarixində istənilən komandanın ən yaşlı heyətidir.  “Sevilya”nın futbolçularının orta yaşı 32 il 19 gündür.

Qeyd edək ki, əvvəlki rekord 22 fevral 2012-ci ildə “Marsel”lə qarşılaşmada orta hesabla 31 yaş 331 gün olan start heyətində meydana çıxan "İnter"ə məxsusdur. Daha sonra İtaliya klubu 0:1 hesabı ilə məğlub olub

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest