"Barselona"nın baş məşqçisi Xavi komandasının Çempionlar Liqasının pley-off mərhələsinə düşməsi ilə bağlı emosiyalarını bölüşüb.

Matc.az xəbər verir ki, kataloniyalılar bir gün əvvəl, noyabrın 28-də turnirin qrup mərhələsinin 5-ci turunun ev oyununda “Portu”ya 2:1 hesabı ilə qalib gəlib. Çalışdırıcı bu barədə yerli mətbuata açıqlama verib: "Komanda və bütün klubumuz üçün çox xoşbəxtəm. Avropa Liqasında iki il oynadıqdan sonra belə nəticəyə çox ehtiyacımız var idi. Bu gün güclü rəqiblə oyunda yaxşı oynadıq. Bu, çox şeydir. İrəliyə doğru mühüm addım atdıq".

Xatırladaq ki, "Barselona" Lionel Messi klubdan ayrıldıqdan sonra ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilib. Beş oyundan sonra 12 xalla kataloniyalılar qruplarına başçılıq edirlər. “Portu” 9 xalla ikinci, Ukrayna “Şaxtyor”u (9) üçüncü, Belçika “Antverpen”i isə hələ ki, xal qazanmayıb. "Barselona" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin son matçını məhz Belçikada keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest