Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Molde” - “Qarabağ” oyununun təyinatları bəlli olub. Matc.az xəbər verir ki, UEFA qarşılaşmaya belçikalı hakimləri təyin edib.
 
Erik Lambrexts matçda ədalət təmsilçisi olacaq. Ona Co de Veyrdt və Kevin Monteni kömək edəcəklər. Dördüncü hakim fuksiyasını Natan Verbumen yerinə yetirəcək. Fransalı Benoi Millo və belçikalı Yan Boterberq isə VAR hakimləri olacaqlar.
 
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest